Lənkəran Dövlət Dram Teatrı Xocalı soyqırımının ildönümünə həsr olunmuş audio-video kompozisiya hazırlayıb. Kompozisiya teatrın “Facebook” səhifəsində, eləcə də səsgücləndirici qurğular vasitəsilə şəhərin mərkəzi küçələrində yayımlanıb.

Mətni teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva və Allahverən Babayev səsləndiriblər. Musiqi tərtibatçısı Fərahim Fərəcov, montajçı Təvəkkül Həsənovdur.

***

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti Xocalı faciəsi ilə bağlı videoçarx  hazırlayaraq onlayn formatda sosial şəbəkə izləyicilərinə təqdim edib. Bundan əlavə, 26 fevral saat 18:00-da Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası teatrın “Facebook” səhifəsində nümayiş olunacaq.