Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Saatlı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində olub. İdarə rəisi Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi və MKS-nin fəaliyyəti ilə maraqlanıb, Saatlı şəhər Bülbül adına Uşaq musiqi məktəbində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi də Abdulla Şaiqin yubileyi münasibətilə onlayın kitab xülasəsi keçirib.

Goranboy rayon Mərkəzi kitabxanası xalqımızın qəhrəman oğlu Abbasqulu bəy Şadlinskinin (1886-1930) anadan olmasının 135 illiyi münasibətilə videokonfrans keçirib. Çıxış edənlər A.Şadlinskinin erməni terrorçularına qarşı mübarizə aparan “Qırmızı tabor”un komandiri kimi fəaliyyətindən söz açıblar.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının fevral ayındakı fəaliyyətinə həsr olunmuş onlayn seminar-müşavirə keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov kitabxanaların fəaliyyətinin əhalinin tələbatına uyğun şəkildə qurulmasının vacibliyini vurğulayıb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin Şıxlı kənd kitabxanasının təşkilatçılığı ilə Abdulla Şaiqin 140 illik yubileyi ilə əlaqədar “Ey mehriban uşaqlar, siz yaşayın bəxtiyar” adlı onlayn tədbir keçirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon MKS-nin kənd kitabxana filialları Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Uşaq ədəbiyyatının incisi” mövzusunda onlayn tədbirlər təşkil ediblər.