Fevralın 26-da Beynəlxalq Muğam Mərkəzi (BMM) öz sosial şəbəkə hesabları üzərindən canlı olaraq Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan bədii-musiqili kompozisiya təqdim edib.

Təqdimatda ilk dəfə olaraq sözləri və musiqisi  BMM-in solisti, tarzən Rəşad İbrahimova məxsus olan “Xocalı kompozisiyası” səsləndirilib.

Canlı yayımda BMM-in solistləri – xanəndələr Elgiz Əliyev, Ayşən Mehdiyeva və Könül Məmmədli lirik-fəlsəfi məzmunlu muğam parçaları oxuyublar. Onları tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Rəfael Əsgərov müşayiət ediblər.

Layihəni aşağıdakı linkdə izləmək mümkündür:

https://www.facebook.com/mughamcentre/