Azərbaycan Dövlət Rəsm Qalereyasının “Nizami Gəncəvi İli” çərçivəsində keçirəcəyi “Yeddi gözəl” adlı virtual sərgiyə əsər qəbulu davam edir.

Qalereyadan bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə təşkil olunacaq.

Sərgidə iştirak etmək istəyən rəssamlar əsərin fotosunu özləri haqqında məlumatlar ilə birlikdə resmqalereya@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Əsərlərin qəbulu marın 1-də başa çatacaq.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.