Türkiyədə yaşayan azərbaycanlı rəssam, Əməkdar incəsənət xadimi Rafiq Əziz müəllifi olduğu “1071 Malazgirt meydan müharibəsi” tablosunu doğum günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edib.

Rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üc­̧üncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş, İstanbul valisi Ali Yerlikaya və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Yağlı boya ilə işlənmiş “1071 Malazgirt meydan müharibəsi” tablosu rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir.

Qeyd edək ki, fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 67 yaşı tamam olub.