Teatr Muzeyində ustad dərsi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində dekor şamının hazırlanmasına həsr olunmuş növbəti ustad dərsi keçirilib.

Muzeyə dəvət olunan qonaqlar öncə muzeyin ekspozisiyası ilə tanış olublar. Muzeyin əməkdaşı Suğra Ələkbərli bu ustad dərsinin mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, şam yalnız adət-ənənəmizlə deyil, teatr sənəti ilə də bağlıdır. Şərq teatrının kökündə şam vacib elementlərdən biridir.

Sonra gənclər muzey əməkdaşları ilə birgə ustad dərslərində iştirak edərək Novruz xonçası üçün öz zövqlərinə uyğun dekor şamları hazırlayıblar.

COVİD-19 pandemiyası ilə əlaqədar ustad dərsi məhdud sayda iştirakçı ilə təşkil olunub.