Tarix Muzeyi də kampaniyaya qoşulub

Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdə yeni yaradılacaq kitabxanaların fondları üçün kitab toplama kampaniyası davam edir.

Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kampaniyaya AMEA-nın Mlli Azərbaycan Tarixi Muzeyi də qoşulub.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı kitab toplama kampaniyasının əhəmiyyətini qeyd edib, bu təşəbbüsü yüksək qiymətləndirib.

Muzeyin kitabxanasının müdiri İradə Qasımovanın iştirakı ilə 78 adda 780 nüsxə kitab Milli Kitabxanaya – işğaldan azad olunmuş bölgələrdəki kitabxanaların fondu üçün təqdim olunub.