Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzi “Nizami Gəncəvi – “Yeddi gözəl” mövzusunda videoçarx hazırlayıb.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialında “Nizaminin hikmət dünyası” adlı onlayn oxucu konfransı təşkil olunub.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – 880” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin birinci kurs tələbələri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Nizami Gəncəvinin parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamaqdadır.