Qadınların adı ilə bağlı bayram ölkəmizdə Novruz ərəfəsi çərşənbələrin doğurduğu hərarətli və coşğulu günlərlə bir vaxta düşdüyündən yazın gəlişini, həyatın təzələnməsini müjdələyən məqamlardan biri kimi ikiqat sevinclə qeyd edilir.

Beynəlxalq Muğam Mərkəzi (BMM) bu bayram günündə Azərbaycan xanımlarına musiqi sovqatı hədiyyə edəcək.

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş  konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri – Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev,   xanəndələr İlkin Əhmədov, Elgiz Əliyev ifaları ilə xanımları təbrik edəcəklər. Xanəndələri Rövşən Qurbanov, Rəşad İbrahimov, Ceyhun Muradov, Təbriz Yusubov,  Rafael Əsgərov, Amil Mustafayev müşayiət edəcək.

Konserti BMM-nin sosial şəbəkələrində 8 mart saat 12:00-da izləyə bilərsiniz.