Azərbaycan Turizm İnstitutu növbəti tədris ilində bəzi ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edib. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, əlavə təhsil ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər institutun müəyyənləşdirdiyi qaydalar əsasında müsabiqədə iştirak edə bilərlər.
   Əlavə təhsil almaq üçün instituta sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil əyani və qiyabi şöbələrdə sosial iş, nəqliyyat servisi, beynəlxalq münasibətlər, turizm və otelçilik, menecment (turizmdə), marketinq ixtisasları üzrə Azərbaycan və rus dillərindədir.

  Fəxriyyə Abdullayeva