Mayın 27-də «Skal İnternational Baku»nun ənənəvi toplantısı keçiriləcək. Tədbirdə rəsmi şəxslər, media nümayəndələri və klub üzvləri iştirak edəcəklər. Toplantının məqsədi barədə məlumat verən «Skal İnternational Baku»nun rəhbəri Ruslan Quliyev qurum üzvlərinin ənənəvi olaraq hər ay toplaşdığını, görülən işlər barədə hesabatın dinlənildiyini bildirdi.
   
   Klub rəhbərinin sözlərinə görə, budəfəki toplantıda ötən toplantıdan sonra görülən işlər və qarşıdan gələn yay mövsümündə həyata keçiriləcək layihələr müzakirə ediləcək. Həmçinin 9-cu Beynəlxalq Turizm və Səyahətlər və 1-ci Daxili Turizm sərgilərində iştirak haqqında klub üzvlərinin fikirləri dinləniləcək. Bakı və Antalya «Skal» klublarının əkiz klublar elan olunması, Umman Çetinbaşla görüş, Türkiyə skalçılarının Azərbaycana səfəri, Turizm İnstitutu tələbələrinin Türkiyədə təcrübə mübadiləsi keçməsi, kluba yeni üzvlərin təsdiqlənməsi kimi məsələlər də «Skal-Bakı»nın 4-cü toplantısının gündəliyinə daxildir.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar