Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Hənifə kənd Sənətkarlıq klubunda “Xəmsə” dünyanın ən gözəl xəzinəsidir” adlı onlayn tədbir təşkil olunub.

Qax rayon MKS və Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında qadın obrazları” adlı videokonfrans keçirilib. Rayonunun Əmbərçay kənd kitabxanası isə kənd klubu ilə birgə oxucular üçün məlumat saatı təşkil edib.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında eyniadlı virtual tamaşa-kompozisiya nümayiş etdirib. Gənc prodüser Mərhəmət Lələyevin quruluş verdiyi tamaşada teatrın kollektivi ilə yanaşı, rayonun Dəmirçi kənd tam orta məktəbinin istedadlı şagirdləri də rol alıb.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Poeziya dünyasının dahisi” mövzusunda onlayn tədbir keçirilib.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami ruhundan bir nəfəs gəlir” mövzusunda onlayn tədbir təşkil olunub.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin təşkilatçılığı ilə  “Dünyanın ölməzləri sırasına girən Nizami” mövzusunda onlayn tədbir keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə “Nizami ili” münasibətilə videokonfrans keçirilib.