Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev uşaq musiqi və incəsənət məktəblərinin direktor və tədris hissə müdirlərinin iştirakı ilə onlayn müşavirə keçirib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı İmişli rayon Uşaq incəsənət məktəbi və Uşaq musiqi məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün təhsil müəssisələrində olub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon MKS-nin təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhərin İ.Nəsimi adına 1 saylı tam orta məktəbinin 6, 7, 8 və 9-cu sinif şagirdləri ilə görüş keçiriblər.

İdarənin tabeliyindəki Samux rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşəbbüsü ilə Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının onlayn müzakirəsi keçirilib.

***

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə reallaşan “İrsimiz məsuliyyətimizdir” layihəsi çərçivəsində Sabirabad Regional Mədəniyyət İdarəsinin mədəniyyət könüllüləri tərəfindən Sabirabad rayonu ərazisindəki XIX əsrə aid hamam binasının ətrafında təmizlik-abadlıq işləri aparılıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə əlaqədar “Azərbaycan milli mətbuatının şah əsəri” adlı onlayn tədbir keçirilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Katex kənd Folklor evinin təşkilatçılığı ilə “Narkomaniyaya yox, sağlamlığa hə deyək!” başlığı altında videokonfrans keçirilib.

İdarənin tabeliyindəki Zaqatala rayon MKS isə balaca oxucularla uşaq yazarı Gülzar İbrahimovanın onlayn görüşünü təşkil edib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Şatırlı kənd kitabxana filialı 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Əcdadlarımızın mirası” adlı videoçarx hazırlayıb.

Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbi Xalq rəssamları Böyükağa Mirzəzadə və Oqtay Sadıqzadənin 100 illiyinə həsr olunmuş onlayn tədbir təşkil ediblər.

***

Ağcabədi Regional “ASAN Xidmət” mərkəzinin əməkdaşları və könüllüləri Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyindəki rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.