Turizm İnstitutunun bir qrup əməkdaşı iyunun 22-27-də Gürcüstanın paytaxtı Tbilisidə elektron təhsillə (e-Learning) bağlı keçirilən seminar və konfransda iştirak edib. 
   Konfransda "Elektron təhsilin turizmdə rolu" və "Elektron təhsilin iqlim dəyişmələrində rolu və turizm təhsilinin inkişafı" mövzusunda çıxışlar edilib və müzakirələr aparılıb.
   Turizm İnstitutunun əməkdaşları Gülşən Mehdiyeva, Elşən Nuriyev və Bəhram Atabəyli mövzu ilə əlaqədar müzakirələrdə fəallıq nümayiş etdiriblər. Tədbir zamanı hazırlanan təqdimatların sərgisi də keçirilib. Bununla bərabər, regional şəbəkə və elektron təhsil mərkəzlərinin yaradılması mövzuları ətraflı müzakirə edilib. Tədbirdə «İnvent» təşkilatı tərəfindən bu təklifin dəstəklənməsi məsələsi bir daha vurğulanıb.