Türkiyənin tanınmış kurortlarından olan Bodrum şəhəri «Hər şey daxildir» sistemindən («All inclusive») imtina edəcək. 
    Aparıcı turizm şirkətləri rəhbərlərinin fikrincə, Bodrum «All inclusive» sistemindən imtina edərək Sen-Trope (Fransa) kurortunun inkişaf təcrübəsindən istifadə edərək eksklüziv istirahət təklif edəcək və bununla da şəhərə varlı turistləri cəlb edəcək.
   Mütəxəssislər qeyd edir ki, Bodrum, Antalyada olduğu kimi, kütləvi turizmdən istifadə etməməlidir. Belə ki, Bodrum İbitsa (İspaniya) və Sen-Trope kimi kurort şəhərləri ilə müqayisə olunur. Bu kurortlar isə imkanlı turistlər üçün nəzərdə tutulub və burada butik sinfinə aid olan istirahət təklif olunur.