İstiqlal şairimiz haqqında sənədli film

Türkiyədə Azərbaycanın istiqlal şairi və himnimizin sözlərinin müəllifi Əhməd Cavadın (1892-1937) anadan olmasının ildönümü münasibətilə sənədli film hazırlanıb.

 “Əhməd Cavad – bir millətin ruhu” adlı film mayın 5-də, şairin doğum günündə “TRT Avaz” telekanalında yayımlanıb. Filmdə şairin həyat və yaradıcılığından bəhs edilir, obrazı canlandırılır.

Vahit Taha Kurutlunun ssenarisi əsasında hazırlanan ekran əsərinin rejissoru Məhammet Erkam Bülbül, prodüseri isə Halis Cahit Kurutludur.