Builki turizm mövsümü ölkənin şimal bölgəsində, xüsusilə Qubada canlanma yaradıb. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona turistlərin axını 10 faiz artıb. Qubada turistlərin ən çox istirahət etdikləri yerlərdən biri Təngə kəndidir. Əsasən Bakıdan, eləcə də xarici ölkələrdən olan turistlərin istirahətinin təşkili məqsədilə rayonda Quba-Xınalıq və Quba-Afurca istiqamətində iki turizm marşrutu yaradılıb. Mütəxəssislərin fikrincə, bu hal kənd turizminin formalaşmasına təkan verib.
   Qeyd edək ki, bu mövsümdə turistlərə göstərilən xidmətlərin qiymətində də enmə müşahidə olunur. Bu isə bölgəyə turist cəlb etməkdə başlıca amildir.

Fəxriyyə Abdullayeva