Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun “GəncApp” mobil tətbiqi üzərindən təşkil etdiyi “Sirlər xəzinəsi” intellektual müsabiqəsi davam edir.

Mayın17-dən 21-dək davam edəcək növbəti mərhələnin sualları hər gün “GəncApp” mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Sualları doğru cavablandıran gənclər müəyyən edilmiş qaydalara əsasən xallar əldə edəcək.

Müsabiqə şərtləri çox sadədir:

"GəncAPP" mobil tətbiqini yükləməlisiniz.

Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq imkanınız var.

Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər.

Suallara doğru cavab verən gənclər qoyulmuş qaydalara əsasən xallar toplayacaq.

Xalların hesablanması aşağıdakı qaydada aparılacaq.

1-ci doğru cavab – 10 xal

2-ci doğru cavab – 8 xal

3-cü doğru cavab – 6 xal

4-cü doğru cavab – 4 xal

5-ci doğru cavab – 2 xal

Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.

Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir.

“GəncApp” mobil tətbiqi üzərindən “Sirlər xəzinəsi” adlı intellektual müsabiqəyə mart ayında start verilib. Hər ay onlayn formatda keçirilən intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi  irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.