İspaniya turistlərin ən çox xoşladığı ölkədir. Hər ay 10 milyon istifadəçi olan “Skyscanner” internet axtarış sistemi keçirdiyi sorğunun nəticələrinə görə bu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, reytinqdə sonrakı yerləri Böyük Britaniya, ABŞ, İtaliya, Almaniya və Fransa tuturlar. Turistlər arasında məşhur olan 10 ölkə arasında Türkiyə, Yunanıstan, Portuqaliya və Polşa da vardır.