Tovuzda turizmin inkişafı, turistlərin bölgəyə cəlb olunması üçün bir sıra işlərə başlanılıb. Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Aydın Qasımovun verdiyi məlumata görə, rayonda yeni park salınır. Müasir standartlara cavab verən parkda müxtəlif əyləncə mərkəzləri təşkil olunacaq. 7 hektarlıq ərazini əhatə edəcək yeni park Tovuz çayının sahilində, Tovuz qalasının yaxınlığında salınır. Burada çimərlik və 5 ulduzlu, 7 mərtəbəli hotel də tikilir. Bu ilin oktyabrında istifadəyə veriləcək hoteldə müasir tələblərə uyğun hər cür şərait yaradılacaq.
   
   Fəxriyyə