Artıq Azərbaycanda istirahət mərkəzlərini axtarmaq lazım gəlməyəcək. Həm paytaxtda, həm də bölgələrdə turizm obyektlərinə gedən yollara xüsusi nişanlar qoyulacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, bu nişanların qoyulması turizmin inkişafına xidmət edəcək. Bununla bağlı nazirlik tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanın 20 adda tarixi-mədəniyyət obyektlərinə xüsusi lövhələr vurulacaq.