Türkiyədə yaşayış üçün daha komfortlu şəhərlərin siyahısı açıqlanıb.
   «CNBC-e Business»in apardığı araşdırmalar Türkiyənin müxtəlif şəhərlərində yaşayış keyfiyyətinin təhlili 37 parametr üzrə aparılıb ki, bura iqtisadiyyat, sosial inkişaf, ekologiya, iqlim, turizm və s. daxil olub. Nəticədə siyahıda birinci yerdə İstanbul, ikinci yerdə Əskişəhər, üçüncü yerdə isə İsparta qərarlaşıb.
   Buna baxmayaraq, Türkiyənin paytaxtı Ankara təhsilə görə birinci yeri tutub. Eyni zamanda, Ankara iqtisadi inkişafa görə 2-ci, səhiyyə səviyyəsinə görə 9-cu, mədəniyyət sahəsinə görə 11-ci, təhlükəsizlik baxımından isə 21-ci yerdə qərarlaşıb.