Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva görkəmli türk yazıçısı Ömər Seyfəddinin Almaniyada nəşr edilən hekayələr kitabını Antalya Diplomatiya Forumu (18-20 iyun) zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən kitab türk ədəbiyyatının tanınmış nümayəndələrindən olan Ömər Seyfəddinin anadan olmasının 100-cü ildönümü münasibətilə ərsəyə gəlib. Kitabda müəllifin alman və türk dillərində 10 hekayəsi yer alıb.

Nəşr Almaniyanın və Avropanın digər ölkələrinin dövlət kitabxanalarına, məktəblərinə də göndərilib.

Kitabın ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri alman dilindən türk dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, kitabın redaktoru Almaniyada yaşayan yazıçı Orxan Arasdır.