Azərbaycan nümayəndə heyətinin Meksikaya səfəri çərçivəsində Azərbaycan-Meksika birgə poçt markaları buraxılıb. İki markadan ibarət kiçik vərəqdə iki ölkənin tarixi abidələri əks olunub. Markanın birində Azərbaycanın «Atəşgah» tarixi-memarlıq abidəsi, digərində isə Meksikanın Teotikuana şəhərində yerləşən ay piramidası çap olunub. Kiçik vərəqin kənarlarında Azərbaycan və Meksikanın bayraqları həkk olunub. Markaların hər birinin tirajı isə 20 min ədəd təşkil edir.