Qazaxıstan Xəzər sahilində istirahət edənlər üçün vahid turist paketi təqdim etməyi təklif edir. Bunu Qazaxıstan turizm və idman nazirinin müavini Kairbek Uskenbayev mətbuata açıqlamasında bildirib. O, vahid turist paketini İran, Türkmənistan, Rusiya və Azərbaycanla birgə yaratmağı təklif edib: «Xəzər İran, Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycanı əhatə edir. Bu ölkələrin hər biri özü-özlüyündə unikaldır. Qazaxıstan təklif edir ki, 5 ölkəyə səyahət imkanı verən vahid turist paketi yaradılsın».
   K. Uskenbayev bildirib ki, Türkmənistan bu sahədə xeyli iş görüb, bir sıra hotellər inşa edib: «Əgər sərmayəçilərlə razılaşa bilsək, siz yaxın 2-3 il ərzində Xəzər sahillərində yeni iri hotellər görəcəksiz».

Fəxriyyə