Dekabrın 18-də Azərbaycan Turizm İnstitutunda “Alternativ turizmin inkişafı” mövzusunda konfrans keçiriləcək. İnstitutun mətbuat xidmətindən aldığımız məlumata görə, tədbirdə tələbələr Azərbaycan, ingilis, rus, alman və fransız dillərində çıxış edəcəklər. Konfransda ölkəmizə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, elm xadimləri, müvafiq nazirliklərin əməkdaşları və digər aidiyyəti şəxslərin iştirakı gözlənilir.