Bu il ölkəmiz turizm sahəsində bir sıra ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirəcək. Azərbaycanın 20-dən çox ölkə ilə turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb. Bu sırada 2010-cu il ərzində turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülüb. Belə ki, son 5 il ərzində Azərbaycan ilə Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir, Litva, Mərakeş, Küveyt, Suriya və Latviya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Azərbaycanın turizm imkanlarının Körfəz ölkələri, həmçinin Küveyt dövlətində tanıdılması məqsədilə Küveytin «Dnata» turizm şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında anlaşma memorandumunun imzalanması istiqamətində müvafiq işlər aparılır.
   
   Fəxriyyə Abdullayeva