Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinoaktyor, rejissor Şahmar Ələkbərovun (1943–1992) şəxsi arxiv fondu yaradılıb.

Arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.

Qeyd edək ki, arxivin böyük hissəsi Şahmar Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.