Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 24 yanvar tarixli qərarı ilə Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü təsdiq edilib. Bölgüyə əsasən, parkda xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) 73 min 184,02 hektar, turizm və rekreasiya zonası 50 min 33,7 hektar, turistlərə və başqalarına xidmət göstərilən zona 5 min 601,0 hektar müəyyənləşdirilib. Milli Parkın fəaliyyətini təmin etmək üçün 1689,38 hektar təsərrüfat-istehsalat zonası ayrılıb.