Bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (1991-ci ilədək Azərbaycan Dövlət Konservatoriyası) yaradılmasının 100 illiyi tamam olur. Əlamətdar yubileyin qeyd edilməsi ilə bağlı dövlət başçısı 26 may 2021-ci il tarixində sərəncam imzalayıb.  Müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlayan Bakı Musiqi Akademiyası ötən müddət ərzində nailiyyətlərlə zəngin inkişaf yolu keçib.

Ölkəmizdə mədəniyyət bayramı kimi qeyd edilən dahi bəstəkarın doğum günü – Üzeyir Milli Musiqi Günü ərəfəsində isə Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının əməkdaşlarının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Dövlət başçısının 17 sentyabr 2021-ci il tarixli sərəncamları ilə Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfərə Prezidentinin fərdi təqaüdü verilib, 7 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 15 nəfər “Tərəqqi” medalına layiq  görülüb. Həmçinin 2 nəfərə “Əməkdar incəsənət xadimi”, 2 nəfərə “Əməkdar artist”, 23 nəfərə “Əməkdar müəllim” fəxri adları verilib.

Bütün təltif olunanları təbrik edir, işlərində yeni uğurlar, cansağlığı arzulayırıq.

***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

 

Abbaszadə Nəzmiyyə Müzəffər qızı

Sinamdzqvarişvili Siala Vaxtanqovna

Yaqubova Tahirə Əhəd qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 sentyabr 2021-ci il

 

***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli “Əmək” ordeni ilə

Acalova Gülnarə Almazovna

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı

Əzimov Aydın Kərim oğlu

İmanova Ülviyyə İsmayıl qızı

Quliyeva Nərminə Əhməd qızı

Məmmədov Tariyel Aydın oğlu

Seyidov Tərlan Mir Əşrəf oğlu

 

“Tərəqqi” medalı ilə

Axundova Könül Tofiq qızı

Axundova Yeganə Əsgər qızı

Ələsgərov Arzu Süleyman oğlu

Əsədova Səbinə Çingizovna

Fərəcov Tahir Heydər oğlu

Həsənov Hidayyət Həsən oğlu

Hüseynova Könül Qabil qızı

İsmayılzadə Nuridə Cəfər qızı

Quliyev Tərlan Aslan oğlu

Məmmədova Sevda Binyatulla qızı

Məmmədova Sevda Əhməd qızı

Musayeva Elmira Danil qızı

Rəhimova Aytac Elxan qızı

Rimazi Nəzakət Hüseyn qızı

Süleymanova Tomrid Kazım qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 sentyabr 2021-ci il

 

***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar incəsənət xadimi”

Babayeva Rasimə Əhməd qızı

Neymanova Kəmalə İlyas qızı

 

“Əməkdar artist”

Ağayeva Rəna Knyazevna

Məlikova Nigar Akif qızı

 

“Əməkdar müəllim”

Aşumova Samirə Rauf qızı

Bədirxanov Tofiq Nurəli oğlu

Cəfərova Lalə Tahir qızı

Əhədzadə Məleykə Böyükağa qızı

Hacıyeva Firəngiz Alim qızı

Həsənova Cəmilə İsmayıl qızı

Həsənzadə Xatirə Nəriman qızı

Mahmudova Gülzar Rafiq qızı

Mailova Adilə Hüseynovna

Mansurova Nərgiz Nail qızı

Məmmədova Arzu Böyükağa qızı

Məmmədova Arzu Raiz qızı

Məmmədova Leyla Mütalib qızı

Məmmədyarova Gülnarə Hadi qızı

Mirbabayeva Kəmalə Mir Bağır qızı

Nəsirova Könül Yasif qızı

Paşayev Əliheydər Paşa oğlu

Rüstəmova Afaq Adil qızı

Rzayeva Laləxanım Seyid Nağı qızı

Sultanova Fəridə Nurəddin qızı

Tuayeva Mədinə Zaurbəyovna

Yusifova Lətafət Ağa qızı

Zamanova Alya Abas qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 sentyabr 2021-ci il