Bu günlərdə «Ən yaxşı səfərlər» adlı turizm məlumat kitabı nəşr olunub. Kitabda turistlər üçün ən sərfəli məkanların reytinqi açıqlanıb. 
   Ən ucuz ölkələrin və şəhərlərin siyahısına Banqladeşlə Nikaraqua başçılıq edir. İlk üçlüyü isə Amerikanın Vaşinqton şəhəri qapayır. Dördüncü yerdə Fransa, beşinci yerdə Namibiya gəlir. Sonrakı yerləri Filippin, Argentina və Neapol (İtaliya) tutur. Ukrayna doqquzuncu, Suriya onuncudar.
   Nikaraqua Mərkəzi Amerikanın nadir ölkələrindəndir ki, orada 1 gün ərzində cəmi 15 dollar xərcləməklə ölkənin təbiətindən zövq almaq, mədəniyyət nümunələri ilə tanış olmaq, canlı musiqi dinləmək, vulkanların zirvəsinə dırmaşmaq və s. mümkündür. Ötən il bu ölkəyə 1 milyona yaxın turist səfər edib ki, bu da 2009-cu illə müqayisədə 8,5 faiz çoxdur.