Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçı Varislə görüş keçirildi. Görüşdə yazıçı tələbələrin, kitabxana işçilərinin, oxucuların suallarını cavablandırdı, «Sənə inanıram» kitabını təqdim etdi.
   
   Son iki ildə üç kitabının çap olunduğunu deyən müəllif yaxın vaxtlarda daha bir neçə nəşrin işıq üzü görəcəyini diqqətə çatdırdı: «Onu da deyim ki, mən kitabların içində böyümüşəm. Evimizdə üç minə qədər kitab olub. Bütün bunlar mənim yazıçı olmağıma təsir göstərən amillərdir».
   Varis daha sonra əsərlərinin yazılma dilindən danışaraq ona yönələn tənqidlərə aydınlıq gətirdi: «Mən oxucuların qəlbinə yol tapmaq üçün onların dili ilə danışıram. Səhifələrlə təsvirlər verməyə ehtiyac yoxdur. İndi heç bir gənc belə təsvirləri oxumur».
   Yazıçı Türkiyədən əsərlərindən birini ekranlaşdırmaq təklifini aldığını və hələ bunun reallaşmadığını bildirdi, əsərlərin qəhrəmanlarının sonrakı taleyi ilə bağlı ona ünvanlanan maraqlı sualları cavablandırdı.
   G.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar