Bugünlərdə tanınmış şair Qəşəm Nəcəfzadənin yeni şeir toplusu Tehranda “Yaşmaq”y yayım evində nəfis şəkildə çap edilib. Kitab “Ölülər bizə gülür” adlanır. Nəşriyyatın öz hesabına nəşr etdiyi bu kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar Mahmudoğludur. Kitab 132 səhifədən ibarətdir.
   Bundan əlavə, Tehranda “Səhər” musiqi qrupunun buraxdığı alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın yazdığına görə, albom və “Ölülər bizə gülür” şeirlər kitabı İranda maraqla qarşılanıb.