Azərbaycan Respublikası Nazirlər Kabineti elektron qaydada verilən viza blankının təsvirini və nümunəsini təsdiq edib. Nazirlər Kabinetinin saytında yer alan məlumata görə, Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları tərəfindən Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada verilən viza blankının təsviri İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303 nömrəli sənədinin ikinci hissəsinə uyğundur. Elektron viza blankı A4 formatdadır. Elektron viza blankının yuxarı sol hissəsində viza sahibinin 35mm x 45mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulub.
   

Fəxriyyə Abdullayeva