Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) “İşıq imperiyası” tablosu 60 milyon dollardan çox qiymətə hərraca çıxarılacaq. Bu barədə Londondakı “Sotheby’s” hərrac evi məlumat yayıb. Hərrac martın 2-də keçiriləcək.

Hərrac evi rəssamın 1961-ci ildə çəkdiyi mənzərəni şəxsi əllərdə saxlanılan müasir incəsənətin ən çox arzulanan əsərlərindən biri kimi dəyərləndirib.

Rəsmdə toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə ziddiyyətdə olan fənər yandırılıb.