Ölməz şairimiz B.Vahabzadənin xatirəsinə
  
   «Hara gedir bu dünya?» - deyə haray çəkərdin,
   Öz dilini danana sən qənim kəsilərdin.
   Qanlı Yanvar gecəsi ah-nalə çəkən səndin,
   «Bizi susdurmaq asan olmayacaq» - söylərdin.
  
   Deyərdin, vətənimin qoy beli bükülməsin,
   Düşmənin qarşısında millətim əyilməsin.
   Vətən üçün canından keçən o igidlərin,
   Şəhidlərin adları tarixdən silinməsin.
  
   Sındırdın özümüzü kəsən o qılıncları,
   Qələminlə susdurdun sən ağılsız başları.
   Alnının qırışını, çatılan o qaşları,
   Əməyin - zəhmətinlə qazandın ağ saçları.
  
   O tayda qəm içində böyük ulu Şəhriyar,
   Bu tayda dərd çəkirdi bizim dahi Bəxtiyar.
   Arzu-diləkləriydi, - milləti birləşərək
   Qoy, azad bir vətəndə yaşasınlar bəxtiyar.
  
   Xalqının düşməninə dünyanı etdilər dar,
   Oğuz türkləri üçün onlar idi havadar.
   Bir şam kimi yandılar; - Şəhriyarla Bəxtiyar
   Ölümləri ilə onlar yenidən doğuldular.
  
   Sevda Kərimova,
   15 saylı Uşaq Musiqi Məktəbinin müəllimi