Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə iyunun 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert təşkil edilib.

Konsertdən əvvəl Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare və Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış ediblər.

Bildirilib ki, ötən illər ərzində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan və Rumıniya beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. Azərbaycanda müxtəlif sahələrdə Rumıniyanın 14 şirkəti fəaliyyət göstərir. Eyni zamanda çox sayda azərbaycanlı Rumıniyada təhsil alır, işləyir.

Konsert proqramında dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.