26 iyun – Beynəlxalq Narkomaniya və Narkobiznesə qarşı mübarizə günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində tədbirlər keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı tədbir təşkil olunub. Qax MKS-nin direktoru G.Əhmədova narkomaniyanın insanlıq üçün fəsadları haqqında məlumat verdikdən sonra iştirakçılar “Ağ ölüm – narkomaniya öldürür” və “Narkoman” sənədli filmlərini izləyiblər. Sonda tədbir iştirakçılarına “Narkomaniyaya yox!” adlı bukletlər paylanılıb.

Şəki MKS-nin Ağçay kənd kitabxanasının əməkdaşları M.Məmmədov adına kənd orta məktəbinin müəllim kollektivi ilə birlikdə "Narkomaniyaya yox deyək!" adlı müzakirə saatı təşkil ediblər.

***

Sabirabad RMİ Şirvan Dövlət Rəsm Qalereyasında "Narkomaniyanın fəsadları təsvirlərdə" adlı sərgi təşkil olundu. Tədbirdə şagirdlər tərəfindən hazırlanan narkomaniyanın ağır zərərlərini əks etdirən və insanları bu tip vasitələrdən uzaq durmağa səsləyən plakatlar nümayiş etdirilib. Qalereyanın direktoru Çinarə Vəliyeva narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirlərindən danışıb. Sərgidə qalereyanın köməkçi fondunda qorunan 25-dək əsər nümayiş olunub.
Saatlı Rayon Dövlət Rəsm Qalereyasında "Dünyamızın bəlası" mövzusunda sərgi keçirilib. Sərgidə rayon və kənd məktəbliləri iştirak ediblər.

***

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası və şəhər filiallarının birgə iştirakı ilə "Ağ ölümə yox deyək!" adlı oxucu konfransı keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunan "Narkomaniyaya yox deyək!" adlı tədbirdə çıxış edən direktor Münəvvər Xəlilova narkomaniyanın insan həyatı üçün təhlükəsindən söz açıb. Dövlət Təhlükəsizliyi Xidməti Qazax rayon şöbəsinin rəisi Emin Həsənov ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri haqqında çıxış edib. Sonda tədbir iştirakçıları mövzuya aid çəkilmiş rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

***

Masallı RMİ Cəlilabad rayon Komanlı kənd kitabxana filialında "Dünyamızın bəlası narkomaniya: ölümə aparan yol" mövzusunda tədbir keçirilib. Filialın müdiri Şəbnəm Baxşəliyeva yeniyetmə oxuculara narkomaniya və onun fəsadları barədə ətraflı məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb.

***

Sumqayıt RMİ Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində "Narkotiklərin olduğu bir dünyada yaşayırıq" adlı məlumat saatı keçirilib.