28-30 sentyabr tarixində Meksikanın paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı (“Mondiacult 2022”) keçiriləcək. Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti konfransda iştirak edəcək.

“Mondiacult-2022” UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəfləyir.

Konfransa 100-dən artıq ölkədən mədəniyyət nazirləri və digər rəsmilərin, BMT institutları, vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin qatılacağı gözlənilir.

Səfər çərçivəsində nazir Anar Kərimovun “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusunda çıxışı, habelə ikitərəfli görüşləri nəzərdə tutulur.