Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 16 dekabr tarixində saat 10:00-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 11 dekabr 2022-ci il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və “WhatsApp” xidmətinə (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.