Ulu öndərin 100 illiyinə uşaqların musiqi töhfəsi

 

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli rayonunun Bakı şəhərində yerləşən uşaq incəsənət və musiqi məktəbləri şagirdlərinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə konserti keçiriləcək.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən” adlı musiqi axşamı Dövlət Uşaq Filarmoniyasında gerçəkləşəcək.

Konsert proqramında müxtəlif alətlərdə, fərqli yaş qrupları üzrə istedadlı uşaqların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, xalq rəqsləri, o cümlədən “Yallı” rəqsi təqdim olunacaq.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının oğlan və qızlardan ibarət rəqs kollektivi də çıxış edəcək.