Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova (1929-2022) həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.

Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə keçiriləcək gecədə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi İbayev, xanəndələr Pərviz Qasımov, Könül Məmmədli, Səbinə Ərəbli, Vəfa Vəzirova və Nisbət Sədrayevanın ifasında Əlibaba Məmmədovun repertuarından mahnılar, eləcə də sənətkarın müəllifi olduğu təsniflər səslənəcək. İfaçıları tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə ansambl müşayiət edəcək.

***

Martın 30-da isə Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, musiqi xadimi, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) xatirəsinə həsr olunmuş tədbir təşkil ediləcək.

Xatirə gecəsində sənətkarın həyat və yaradıcılığından, mədəniyyətimizə, tar ifaçılığı sənətimizə töhfələrindən söz açılacaq, musiqi proqramı təqdim olunacaq.