5-8 milyon avro dəyərindədir...

 

Dünyaca məşhur holland rəssamı Rembrandt Harmens van Reynin incəsənət tarixçilərinə indiyədək məlum olmayan iki əsəri şəxsi sənət kolleksiyasında 200 il saxlanıldıqdan sonra aşkar edilib.

“Christie’s” hərrac evinin mütəxəssisləri rəsmlərin müntəzəm qiymətləndirilməsini apararkən Rembrandtın naməlum əsərlərini aşkara çıxarıblar.

Hərrac evi rəsmləri təhlil etmək üçün Amsterdamdakı “Rijksmuseum”un ekspertlərinə göndərib. Orada rəsmlər üzərində texniki və bədii-tarixi araşdırma aparılaraq, Rembrandtın müəllifliyi təsdiqlənib. İki rəsm əsəri 5-8 milyon avro dəyərində qiymətləndirilib. Ehtimal olunur ki, rəsmlərdə rəssama tanış olan evli cütlük – Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.