Beyləqan rayon Mədəniyyət Mərkəzində G.Əsədov adına 1 nömrəli Birinci Şahsevən kənd tam orta məktəbin şagirdlərinin təqdimatında yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın “Əziz Şuşa, sən azadsan!” pyesi əsasında hazırlanmış birpərdəli tamaşa oynanılıb.

Tamaşanın təqdimatında rayon İcra Hakimiyyəti, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Maraqla qarşılanan tamaşanın sonunda Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və əsərin müəllifi Pərvin Nurəliyeva çıxış edərək səhnə işinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini bildiriblər.