Səbail rayon MKS-nin 1 saylı filialı mayın 30-da Nizami Kino Mərkəzinin dəstəyi ilə “Ulu öndər Heydər Əliyevin irsi milli  sərvətimizdir” adlı tədbir keçirib.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, idarənin, Səbail MKS-nin əməkdaşları, AMEA-nın elmi işçiləri, digər qonaqlar, 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Azərbaycan Universitetinin tələbələri iştirak ediblər.

MKS-nin 1 saylı filialının (M.Ə.Sabir adına Mərkəzi şəhər kitabxanası) müdiri Gülşən Abbasova qonaqları salamlayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, MKS-nin direktoru Nərmin Xəlilova, "Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev, AMEA Folklor İnstitutu aparıcı elmi işçi, filologiya elmləri doktoru Ağayeva Xəyalə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş biblioqrafı Afət Məmmədova çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna xidmətlərindən söz açıblar.

Tədbir musiqi nömrələri ilə davam edib. Sonda iştirakçılara fəxri fərmanlar təltif olunub.