Görkəmli Azərbaycan mütəfəkkiri Şeyx Mahmud Şəbustərinin “Gülşəni-raz” məşhur əsərinin poetik tərcüməsi və Şəmsəddin Məhəmməd Lahicinin bu əsərə yazdığı şərh ilk dəfə olaraq Azərbaycan dilində tam şəkildə nəşr edilib. Bir-birini tamamlayan bu iki əsər orta əsrlərin nəzəri hikməti və batini idrak təlimi haqqında çox dəyərli qaynaq hesab edilir. Bu qaynaqda irfan və təsəvvüfün, vəhdəti-vücud dünyagörüşünün önəmli nəzəri əsasları və rəmzləri də açıqlanır.Kitab 1000 tirajla “Adiloğlu” nəşriyyatında çap olunub.