Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 390 nömrəli 19.08.2015-ci il tarixli əmrinə əsasən "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinə (27.05.2011-ci il tarixli, qeydiyyat nömrəsi 224, seriya № 070496) turizm fəaliyyəti üçün verilmiş xüsusi razılığın (lisenziya) fəaliyyəti dayandırılmışdır. Müvafiq qərar ölkə Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.2. və 5.1.4. bəndləri rəhbər tutularaq qəbul edilmişdir.