Məhəbbət Məmmədqızı
   
   
   
   
   (Təmsil)
   
   Bir nərgiz çiçəyi, bir də çiyələk,
   Yanaşı yetirmiş dövran və fələk.
   Hər kəs görər, görməz nərgiz kolunu,
   Oradan salarmış izi, yolunu.
   Dərərmiş, taxarmış saçı, başına,
   Baxmazmış qoca və cavan yaşına.
   Nərgiz bu sevgidən cuşə gələrmiş,
   Çiyələk başına tənə ələrmiş.
   Dünyada mənimçün hər kəs can verir,
   Donor olmayanlar, dönüb qan verir.
   Çiyələk söyləyir: məndən uzaq dur,
   Səltənətini gəl, aralıda qur.
   Mənim gözəlliyim oyuncaq deyil,
   Bir kəs mənə kölgə salacaq deyil.
   Mən gözəl çiçəyəm, həm də barlıyam,
   Məsumam o üzdən həp vüqarlıyam,
   Mənə nə gərəkdir hərcayi sevda.
   Mən önəm verərəm ləkəsiz ada.
   Günəş çıxan kimi başın əyilər,
   İşıq günahını göstərər, bilər.
   Bütün varlığımla aya, günəşə,
   Baxaram utanmam oda, atəşə.
   Belə həyat mənə xoşdur, şərəfdir.
   Mənim düz yoluma sən de ki, səhvdir.
   Düşünməz, əlbəttə, hamı sənintək,
   Məntək yaşayanlar var ətək-ətək.
   Nə qədər istərsən, sən özünü öy,
   Gəl mənə dolaşma, başqa qapı döy.
   Yoldaşdır könlümə yalnız dünyada,
   Tək sadiq olanlar şərəfli ada.