Martın 7-də Natəvan adına Uşaq Kitabxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə «Anaların bayramı» adlı ədəbi-bədii gecə keçiriləcək. Kitabxananın direktoru Mətanət Qasımovanın verdiyi məlumata görə, 20 saylı orta məktəblə birlikdə təşkil etdikləri tədbirdə şagirdlər Azərbaycan şairlərinin qadın və ana haqqında yazılmış şeirlərini səsləndirəcəklər. Kitabxanada oxucuların 8 Marta həsr etdikləri əl işlərindən ibarət sərgi də nümayiş etdiriləcək.