Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni qəbul olunan gənc yazarlara vəsiqələr təqdim olundu. Tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar birliyə üzv qəbul olunan 25 gənci təbrik edərək, onlara yaradıcılıq uğurları arzuladı. AYB-nin gənclər üzrə katibi Rəşad Məcid bildirdi ki, indiyə kimi heç vaxt gənc yazıçı və şairlərin birliyə üzv qəbul olunması ilə bağlı belə bir təntənəli mərasim keçirilməyib. Tədbirdə AYB-yə üzv qəbul edilən gənc yazarlar öz əsərlərindən nümunələr oxudular.
    Turan